Hollivud ulduzu Bred Pittin baş rolda çəkildiyi "F1" filmi 3 gün ərzində milyonlar qazandırıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 144 milyon dollar gəlir gətirən ekran işi
"Apple Studios"un istehsalıdır. Filmin büdcəsi 250 milyon dollar təşkil edib. "F1" "Apple"ın indiyədək ən çox gəlir gətirən filmi olmağa namizəddir, 221 milyon dollar həddi aşılsa, bu baş tutacaq.
"Formula-1" ulduzu Lyuis Hemilton filmin prodüserləri arasındadır. Ssenarini müəllifləri Cozef Kosinski və Eren Krügerdir. Musiqi tərtibatında Hans Zimmer, Ed Şiran və Burna Boy iştirak ediblər.
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20250529001') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-686654b07f740');Çəkilişlərinin real Formula-1 traslarında baş tutduğu ekran işinin süjet xəttinə gəldikdə isə hadisələr "Formula-1" sürücüsü "Sonni Heys"in (Bred Pitt) ətrafında cərəyan edir. Pilot 1990-cı illərdə keçirdiyi ağır qəzadan sonra yarışlardan uzaqlaşır. İllər sonra cavan və istedadlı pilot "Coşua Pirs"ə (Damson İdris) mentorluq etmək üçün geri dönür.
Musa
Milli.Az