21 yaşında 1 milyon manatlıq ev aldı

21 yaşında 1 milyon manatlıq ev aldı

SEREBRO qrupunun yeni heyətində çıxış edən 21 yaşlı müğənni Keiko (həqiqi adı Dariya Kuznetsova) Moskvada mənzil alıb. 

OLAY yazır ki, bu barədə “StarHit” məlumat yayıb.

Məlumata görə, ifaçı mənzilə görə 50 milyon rubl (1milyon 52 min AZN - təx.) ödəyib. Keikonun sözlərinə görə, yeni mənzilinin sahəsi 62 kvadratmetrdir, iki otaqdan ibarətdir, lakin hələki təmirsizdir. O, artıq dizaynerlərə müraciət edib, istədiyi üslub üçün referenslər toplayıb və yaxın vaxtlarda təmirə başlamağı planlaşdırır.

“Mənzil rahat minimalist üslubda, bali və asiya elementləri ilə olacaq. Mən mənzili ipoteka ilə götürdüm, çünki başa düşdüm ki, ya indi almalıyam, ya da heç vaxt”, - deyə müğənni bildirib.

Keiko əlavə edib ki, yaşadığı binada hər şeydən razıdır.