Avroviziya qalibi Nigar Camal və Anar Ağakişiyev 8 il sonra ilk dəfə proqramda bir araya gəlib.
OLAY yazır ki, onlar birgə Kazım Sübhanın təqdimatında yayımlanan “Mədəni şou”ya qatılıb. Küsülü olduqları vaxtlardan danışan Anar Ağakişiyev həmin anları bu sözlərlə xatırlayıb:
“Mən Nigar xanımı silməmişdim. Bizim ortaq dostlarımız var. Aramızda böyük qalmaqal olmayıb. Nigar xanımın üçüncü şəxslə də (Röya Ayxan) arasında problem yoxdur. Mən düşünürəm ki, bu məsələni qəsdən şişirdən insanlar oldu”.
Xatırladaq ki, onlar arasında qalmaqal Türkiyədə keçirilən “Altın Kelebek” mükafatlandırma gecəsində baş vermişdi.



















