İş qadını Paris Hilton “Halloween” münasibətilə ailəsi ilə birlikdə “Gözəl və Bədheybət” cizgi filminin personajlarının obrazlarında fotosessiya etdirib.
OLAY yazır ki, məşhur ulduz “Bell” obrazına, həyat yoldaşı Karter Reum “Bədheybət” obrazına, uşaqları isə “Lümyer şamdanı” və “Çip fincanı” obrazlarına bürünüblər. Ulduz çəkilişdən görüntüləri şəxsi bloqunda paylaşıb.
“Həyatım bir nağıldır və sehr heç vaxt bitmir” deyə Hilton paylaşımına qeyd edib.



Mənbə:
olay.az
















