“Disney Channel” dövrünün unudulmaz ulduzları Selena Qomez və Demi Lovato yenidən bir araya gəliblər.
OLAY yazır ki, ikilinin görüşü “Rare Beauty” brendinin “Still Making Each Other Blush” kampaniyası çərçivəsində baş tutub.
Ulduzlar bu kampaniya üçün 2009-cu ildə yayımlanan “Princess Protection Program” filmindəki obrazlarına istinad edərək pərəstişkarlarına nostalji yaşadıblar. Bu dəfə isə hər iki ulduz tac taxaraq diqqət çəkib.
Selena və Deminin bu görüşü “Disney Channel” dövrünün pərəstişkarları arasında böyük sevinc yaradıb.




Mənbə:
olay.az
















