"Orel i Reşka" səyahət verilişi ilə məşhurlaşan qalmaqallı aparıcı və bloger Nastya İvleyevanın 23 milyon rubl (təxminən 432 min manat) dəyərində zinət əşyalarını nümayiş etdirməsi ona baha başa gəlib.
Milli.Az bizim.media xəbər verir ki, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin Nastya ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Hal-hazırda blogerdən əldə edilən gəlirinin gerçəkliyi və 1 dekabr 2020-ci il tarixindən indiyədək Rusiya Federasiyasının xəzinədarlığına ödənilən gəlirlərə uyğunluğunu yoxlamaq xahiş olunub.
Qeyd edək ki, bu, İvleyevanın var-dövlətini ilk dəfə nümayiş etdirməsi deyil. 2021-ci ildə o, müxtəlif hesablamalara görə, 7 milyon rubla (təxminən 131 min 600 manat) başa gələn 30 illik yubileyi şərəfinə ziyafət təşkil etmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun