Edis “Yakışıklı” mahnısını kimə yazıb?

Edis “Yakışıklı” mahnısını kimə yazıb?

Müğənni Edisin “Yakışıklı” mahnısı ilə bağlı konsertində veridyi açıqlama müzakirə yaradıb.

OLAY yazır ki, o bu səbəbdən instaqramda yeni paylaşım edib:

“Salmanla bir zarafat etdik. Məsələn, ingilis dilində albomunun ən güvəndiyim mahnısı “O çox yaraşıqlıdır” (“O” deyəndə qadın cinsini nəzərdə tutur) yayımlanacaq. “Yakışıklı” mahnısını da bu fikirdən yola çıxaraq yazmışdım. Onsuz da Türkiyənin hazır olmadığı bir mövzudan niyə bura üçün mahnı yazım? Yenə də səhnədən qarşı tərəfə yanlış çatdırmış ola bilərəm. 

Türkiyədə LGBTQ+ üzvləri ilə bağlı danışanda çəkinən biri deyiləm. Bu günə qədər olmadım, olmayacağam da. Çox insanın susduğu günlərdə nələr paylaşdığımı, nələrə reaksiya verdiyimi bilirsiniz. Haqqımdakı zorakılıq xarakterli, linç məqsədli şərhlərə təəssüflənirəm. O qədər tez özümüzdən çıxırıq ki... Yenə də canınız sağ olsun. Mən və məni sevənlər bir-birimizi bilirik, sonrası mühüm deyil”.

Qeyd edək ki, Edis ötən günlərdə səhnədə sözlərini özünü yazdığı həmin mahnı ilə bağlı bunu söyləmişdi:

“Salman (KÖFN qrupunun solisi) mahnısının nəqarətini götürüb, cebinə atıb. Sonra da mahnı kimi yazıb. Mənə göndərdi. Dedi ki, bunu oxuyaq. Söylədim ki, bir-birimizə oxuyacağıq? Oxuyarıq. Amma Türkiyə üçün doğru zaman deyil. Sonra fikirləşdim ki, Simge səsləndirsin”.

Xatırladaq ki, həmin mahnını KÖFN və Simge Sağın səsləndirib.