Xalq artisti Röya Ayxanın iştirak etdiyi toy məclisində maraqlı və müzakirələrə səbəb olan anlar yaşanıb.
Milli.Az xəbər verir ki, məclis zamanı bəyin Röyanın illər əvvəlki konsertindən arxiv görüntüləri nümayiş etdirilib. Diqqət çəkən məqam isə həmin görüntülərdə bəyin nişanlı olduğu dövrdə deyil, keçmiş sevgilisi ilə birlikdə səhnəyə çıxaraq Röyaya hədiyyə təqdim etməsi olub. Bu detal sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib, istifadəçilər arasında geniş müzakirələrə yol açıb.
Digər maraqlı məqam isə sürpriz hədiyyə ilə bağlı olub. Belə ki, 15 il əvvəl Röyanın Moskva konsertinə qatılan və ona oyuncaq dovşan hədiyyə edən bəy, bu dəfə öz nişan mərasimində Xalq artistinə canlı dovşan təqdim edib.
Bu gözlənilməz jest Röya Ayxanı kövrəldib, sənətçi emosiyalarını gizlədə bilməyib. Məclisdə yaşanan bu anlar qonaqların da diqqətini çəkib və tədbirin ən çox danışılan hadisələrindən biri olub.
Musa
Milli.Az
















