"Aradakı 13 il heç nəyi dəyişdirməyib" - FOTOlar

"Aradakı 13 il heç nəyi dəyişdirməyib" - FOTOlar

Baş rollarda Beren Saat və Kıvanç Tatlıtuğun çəkildiyi "İstanbula son zəng" filminin dünən axşam qala gecəsi keçirilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalada qara kostyum geyinən Tatlıtuğ və Beren Saat üslubu və harmoniyasına görə tam qiymət alıb.

K. Tatlıtuğ B. Saatın çəkilişdəki peşəkarlığından söz açıb: "Aşk-ı Memnu"dan illər keçməsinə baxmayaraq, oradakı dostluq, bir-birimizi tanımağınızın rahatlığı var. Aktyor üçün bu, möhtəşəm avantajdır. Bunu yalnız çəkilişdə birlikdə performans göstərənlər anlaya bilər. Berenlə işləmək hər zaman rahatdır. "Aşk-ı Memnu"da da elə idi, indi də elədir. Aradakı 13 il heç nəyi dəyişdirməyib".

Nyu York və İstanbulda çəkilən filmin qala gecəsində prodüser Onur Güvenatam, rejissor Gönenç Uyanık və ssenari müəllifi Nuran Evren Şit olub.

Qalaya ABŞ-ın İstanbuldakı baş konsulu Julie A. Eadeh və sənət, əyləncə və kino dünyasından çoxlu qonaqlar, o cümlədən Başak Dizer, Beyza Şekerci, Engin Hepileri, Hande Subaşı, Hasan Can Kaya, İbrahim Səlim, Kenan Doğulu və Sedef Avcı da iştirak edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun