Tiktoker Ləman Vəliyeva aparıcı Ülvira Qarayevanı məhkəmə ilə hədələyib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Ləman sosial şəbəkədə canlı yayımda danışıb. O bildirib ki, buna səbəb aparıcının efirdə Ləmanla bağlı işlətdiyi sözlər olub.
"Əziz aparıcı, demisiniz ki, uşağını döyür, görmüşəm. Əgər həmin video paylaşılmasa, uşağımın döyüldüyü sübut olunmasa, sizi məhkəməyə verəcəyəm. Təzminat alacağam. Aparıcı olmaq o demək deyil ki, veriliş açıb, haqqımda nə gəldi deyəsiniz. Qalan şeylərə gəldikdə nə qadınlığımı, nə tərbiyəmi pozmuram. Yaxşı danışıq qabiliyyətim var. Bu gün mən o verilişdə danışılmışamsa, deməli sizin mənə ehtiyacınız var. Aparıcı olmağınız nə gəldi danışmağınıza bəraət qazandırmır".
Qeyd edək ki, Ülvira veriliş zamanı "Xanımın adını çəkmək istəmirəm, bu yaxınlarda hüquq mühafizə orqanları söhbətə cəlb etmişdilər, sonra da buraxmışdılar. Uşağını efirdə necə döyürdü" sözlərini işlədib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun