Taksimdəki Gezi Parkı hadisələrinin planlaşdırıcılarından biri olduğu iddiası ilə “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhdə yardım” maddəsi üzrə mühakimə olunan tanınmış menecer Ayşə Barım barəsində hökm elan edilib.
OLAY yazır ki, iş üzrə prokurorun yekun rəyində Barım üçün ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunmuşdu.
Məhkəmə qərarına əsasən, Ayşə Barım 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, məhkəmə tanınmış menecerin həbs edilməməsinə, ona ölkədən çıxış qadağası tətbiq olunmaqla məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.
















