İndi hamı Hollivudda bu müəmmalı ölümdən danışır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın ən məşhur prodüserlərindən biri Bredli Tomasın həyat yoldaşı İzabelle Tomasın meyiti Qərbi Los-Ancelesdəki Angeleno otelinin hovuzunun yaxınlığında tapılıb.
Məlumata görə, o, yuxarı mərtəbələrin birindən özünü atıb.
Xarici KİV-in məlumatına görə, bu səs-küylü iş hazırda araşdırılır.
İlk baxışdan xoşbəxt həyat yoldaşı və iki azyaşlı uşaq anası İzabelin belə dəhşətli hərəkətə yol verməsi üçün heç bir səbəb yoxdur.
İzabel Lourens (qız soyadı) Kotsvoldlarda anadan olub. Onun atası, Bristol Xərçəng Mərkəzində radioterapiya şöbəsinin müdiri, Laknow şəhərinin 7-ci baroneti ser Henri Lourens idi.
İzabelle Oksford Universitetində biologiya elmləri üzrə təhsil alıb və neyrobiologiya və heyvan davranışı üzrə ixtisaslaşıb. 2013-cü ildə təhsilini başa vurduqdan sonra o, Böyük Britaniyanın Baş Nazirinin Texniki Şəhər Məsləhət Şurasına təyin edilib.
İzabella sonra sənət, musiqi və şou-biznesə keçib. O, musiqi məclisləri təşkil etdi və sonra özü DJ kimi çıxış etməyə başlayıb. Üstəlik, ən yüksək səviyyəli tədbirləri - "Grammy" mükafatlarının rəsmi ziyafətindən tutmuş "Vogue"un moda gecələrinə qədər idarə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun