"İnsanın qocalmağı öz əlindədir. İnsan var ki, 27-28 yaşı var, baxırsan ki, qocalıb. Amma bəziləri 31 yaşında elə qalırlar ki, heç ona o yaşı vermək olmur".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov deyib.
Müğənni gəncləri pis vərdişlərə meyil etməməyə səsləyib:
"İnsan gərək bir az soyuqqanlı olsun. Hər şeyə gərək başqa cür baxasan. Bəzi şeyləri Allaha bağlamaq lazımdır. "Allah belə istədi deyə belə oldu" deməyi bacarmaq lazımdır. Allahın bizə verdiklərini qorumalıyıq. Bunun üçün kişilərə bir məsləhət verim. Bu, çox vacibdir. Kişilər içməsinlər və çəkməsinlər. Bunları etməsələr cavan qalacaqlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun