"Aynı Yağmur Altında" serialının yeni bölümündən paylaşılan fraqmentdə süfrəyə donuz ətinin gətirilməsi sosial mediada müzakirə dalğası yaradıb. İzləyicilər bu səhnəyə görə iki cəbhəyə bölünüblər.
Milli.Az xəbər verir ki, serialın yeni bölümündəki həmin görüntülər izləyicilər arasında fərqli reaksiyalar doğurub.
Bəzi izləyicilər bu cür səhnələrin kütlənin inanc dəyərlərinə zidd olduğunu bildirərək serialı tənqid ediblər.
Digər bir qrup isə hadisələrin bir qisminin Londonda cərəyan etdiyini və bədii əsərlərdə real həyatın hər üzünün göstərilə biləcəyini müdafiə edib.
"Aynı Yağmur Altında" serialı Londondan İstanbula uzanan təsirli bir tale və eşq hekayəsindən bəhs edir.
İnsan haqları müdafiəçisi olan Rosanın həyatı Londonda Qəzza etirazları zamanı aldığı zərbə və qarşılaşdığı ölümcül xəstəliklə alt-üst olur.
Keçmişinə dair sirli bir çağırışın ardınca İstanbula gələn Rosa burada Ali ilə qarşılaşır.
İki gənc arasındakı bağ ailə təzyiqi, inanc fərqlilikləri və qaranlıq sirlərlə sınağa çəkilir.
Serialın uğurlu aktyor heyətinə "Avşar qızı" kimi tanınan məşhur ulduz Hülya Avşar və gənc nəslin istedadlı siması Nilsu Berfin Aktaş rəhbərlik edir.
Lalə Qüdrətova
Milli.Az
















