"Ərə getdiklərim evə çörək almırdı, qalsın ki, mənə maşın alsınlar"

"Ərə getdiklərim evə çörək almırdı, qalsın ki, mənə maşın alsınlar"

Müğənni Aysun İsmayılova açıqlaması ilə yenidən gündəmə gəlib.

Milli.Az-ın məlumatına görə,  bahalı hədiyyə alan xanımlardan danışan sənətçi özü belə hədiyyələri qəbul etməyəcəyini bildirib:

"Bəxtəvər onların başına. Məndə o bəxt haradadır ki, bahalı hədiyyə alsınlar? Amma alsalar da qəbul etmərəm heç vaxt".

İfaçı şəxsi həyatı ilə bağlı da diqqətçəkən fikirlər səsləndirib. Onun sözlərinə görə, ərə getdiyi şəxslər ona maddi dəstək göstərməyiblər:

"Ərə getdiyim şəxslər bir çörək almırdılar, qalsın ki, maşın alalar. Yazıq canım, hər şeyi özüm alıram".

Aysunun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər sənətçinin müstəqil və güclü qadın obrazını dəstəkləyib, digərləri isə səsləndirilən fikirləri tənqid ediblər.

Musa
Milli.Az