“Anamla “öldük”, sonra tətilə getdik”

“Anamla “öldük”, sonra tətilə getdik”

Aktrisa Fadik Sevin Atasoy növbəti açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, ən son “Kardeşlerim” adlı layihədə rol alan aktrisa seriallardakı gərgin iş rejimindən söz açıb.

“Mənim canlandırdığın “Şengül” obrazı öldüyü vaxtda, anam (Emel Göksu) da “Aile” serialında öldü. Obrazları öldürdük, sonra getdik tətilə. Çox yoruldum. Seriallarda üç il işləmək, 6 ilə bərabərdir. Heyətlə xoş ayrıldıq. Hələ də danışırıq”, - deyə, o , bildirib.

Qeyd edək ki, Atasoy rol aldığı serialın 5 bölümündə görünməmiş, sonra ölərək, serialdan çıxmışdı.