Şəbnəm Tovuzlu: “Bu cür mahnıları qazancım üçün oxuyuram” - VİDEO

Şəbnəm Tovuzlu: “Bu cür mahnıları qazancım üçün oxuyuram” - VİDEO

"Oxuduğum bu cür mahnılar efirdə qadağan olunsa, onları kənara qoyub, başqa üslubda nəğmələr ifa edərəm. Bu gün bu cür mahnıları açıq deyim ki, qazancım üçün oxuyuram". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonaq olduğu "Xəbər-ətər" verilişində deyib. 

Həmkarları tərəfindən tez-tez bayağı mahnılar oxuyan ifaçı kimi qələmə verilən sənətçi bildirib ki, istənilən janrda ifa etmək qabiliyyətinə malikdir: 

"Muğam təhsilim var. İstənilən xalq və bəstəkar mahnısını gözəl şəkildə təqdim edə biləcək bir ifaçıyam. Qorxmuram! Əgər insanın səsi, avazı və bacarığı varsa, o istənilən janrda mahnı oxuya bilər. Vay o ifaçıların halına ki, onların musiqidən anlayışları yoxdur, bildikləri "lakka-çıkkada"dır. Efirlərdən bu tip mahnılar yığışdırılsa, onlar da o mahnılarla bir yerdə gedəcəklər". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun