Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi - Qayıda bilmir

Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi - Qayıda bilmir

Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze Yaxın Şərq regionunda baş verən hadisələr fonunda BƏƏ-dən ölkəsinə qayıda bilmir.

OLAY yazır ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Məlumata görə, K.Kaladze həftəsonu Əbu-Dabi şəhərində olub və vəziyyətin gərginləşməsinə görə Gürcüstana qayıda bilmir.

Tbilisi merinin ailəsi ilə öz doğum gününü qeyd etmək üçün BƏƏ-yə yollandığı bildirilib.

Qeyd edək ki, fevralın 27-si Kaladzenin 48 yaşı tamam olub.