“Game of Thrones”un filmi hazırlanır

“Game of Thrones”un filmi hazırlanır

"Warner Bros" “Game of Thrones” kainatında tammetrajlı film üzərində işləyir.

OLAY yazır ki, filmin ssenarisini “Andor” və “House of Cards” layihələri ilə tanınan Bo Uillimon qələmə alır.

Filmin süjeti HBO-nun orijinal serialındakı hadisələrdən təxminən 300 il əvvələ təsadüf edəcək. Bu səbəbdən serialın və spin-off layihələrinin sevilən personajları ekran işində yer almayacaq. Bu barədə People nəşrinə istinadən məlumat yayıb.

Məlumata görə, hekayənin mərkəzində kral I Eygon Tarqarienin fəthləri dayanır. Hazırda aktyor seçimi və rejissorla bağlı məlumat açıqlanmayıb.

Xatırladaq ki, HBO hələ 2013-cü ildən etibarən “Taxt-tac oyunları” əsasında filmlərin çəkilməsi imkanını müzakirə edirdi. Hazırda kainatda digər layihələr də davam edir: “Əjdaha evi” iyun ayında üçüncü mövsümlə geri dönəcək, “Yeddi Krallığın Cəngavəri” isə ilk mövsümünü tamamlayıb.

Eyni zamanda, Corc R. R. Martin “Buz və Odun Nəğməsi” seriyasının altıncı kitabı üzərində işi davam etdirir. Müəllif təxminən 1100 səhifəni tamamladığını bildirib, lakin nəşr tarixi hələ açıqlanmayıb.