Rusiyalı bloger Bakıda başına gələnlərdən yazdı - FOTO

Rusiyalı bloger Bakıda başına gələnlərdən yazdı - FOTO

Rusiyalı səyahət bloqeri Yelena Şatalova Bakıda olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o bu haqda "Dzen" platformasındakı bloqunda yazıb.

Bloqer əfsanəvi Bakını görmək, yerli mədəniyyət və məişətlə tanış olmaq üçün Azərbaycana gəldiyini bildirib: "Səfərim çox qısa idi, amma çox sayda insanla söhbətləşməyi çatdırdım. Çünki ilk bir neçə saatı şəhərdə gəzib Xəzər dənizi və sahilinin gözəlliyindən zövq alırdım, bu vaxt müxtəlif yaşlarda insanlar yaxınlaşıb haradan gəldiyimi soruşurdu".  

Y. Şatalova danışır ki, sakinlər onun rusiyalı olduğunu biləndə ürəkdən sevinir, rus dilində danışır və əllərindən gələn köməkliyi təklif edirdi: "Bakıda qısa gəzinti və yerli sakinlərlə ünsiyyətdən sonra başa düşüdüm ki, Azərbaycanda rusları sevirlər və Rusiyaya çox yaxşı münasibət bəsləyirlər. Bizi dost-yoldaş hesab edirlər, məncə, bu, elə belədir. Bir çox azərbaycanlıların qohumları Rusiyada yaşayır. Sakinlər qonaqpərvərliklərini göstərmək üçün əllərindən gələni edirlər ki, hər gələn özünü evindəki kimi hiss etsin".  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun