Müğənni Aysun İsmayılova son açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Milli.Az-ın məlumatına görə, sənətçi keçmişindən və həmkarları ilə münasibətlərindən danışaraq maraqlı məqamlara toxunub. Aysun bildirib ki, karyerasının ilk illərində anasının yanında toylara pulsuz getdiyini heç vaxt unutmadığını vurğulayıb: "Vaxt var idi anamın yanında toylara pulsuz gedirdim, bunu unutmaq olmaz".
O, həmçinin "Yeni Ulduz" yarışması dövrünü xatırladaraq, Sevil-Sevinc Səfərova bacıları ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. Müğənninin sözlərinə görə, həmin vaxt yalnız özü onların yanında olub və bir çox şeyləri birlikdə bölüşüblər:
"Vaxt var idi, anamın yanında toylara pulsuz gedirdim, bunu unutmaq olmaz. "Yeni Ulduz" yarışması vaxtı Sevil-Sevinc Səfərova-in yanında yalnızca mən olmuşam. Onların maşınları yox idi, xalam oğlanları şou proqram aparırdı. Bunları söz xatirinə demirəm. Əgər bir yerdə çörək kəsmişiksə, şəxsi həyatımızı, sirrimizi bölüşmüşüksə, üstündən bir neçə il keçəndən sonra tanınanda belə davranmaq düzgün deyil. Toyumda Röya Ayxan təbrik yazırsa, siz kimsiniz? Özəl günümə çağıranda ola bilər ki, gəlmək alınmasın - məndə də belə hallar olur, amma ən azından hədiyyəmi göndərirəm. Onu da keçdim, heç olmasa mesaj yaza bilərlər. Əgər bunların heç biri yoxdursa, heç bir səmimiyyətdən söhbət gedə bilməz. Özləri özbək mahnıları oxuyurlar, amma bizim kimi müğənnilərə "qıjı" deyə bilməzlər".
Qalmaqallı açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
















