"Qadın pul xərclədiyi kişiyə heç vaxt hörmət etmir" - FOTOlar

"Qadın pul xərclədiyi kişiyə heç vaxt hörmət etmir" - FOTOlar

Müğənni Mahmut Tuncerin qızı Gizem Tuncar açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki,  "Haber Bahane" proqramının bu həftəki qonağı müğənni Gizem Tuncer olub.

Tuncer bildirib ki, onunla münasibət yaşayacaq kişinin maddi vəziyyəti onunla bərabər olmalıdır:

"Pulsuz adam yararsız adamdır. Kişinin cibinə pul qoysam, ona hörmət edə bilmərəm. Ona heç bir qadın hörmət etməz. Bizim cibxərcliyi qoyduğumuz hər bir insanı idarə etməyə haqqımız var. Mən azadam və məni azad insanlar cəlb edir.  Atasının şirkətlərini öz malı imiş kimi göstərən kişilər - onlar da mənim üçün eynidir. Mən demirəm ki, onun yaxtaları olsun. O, sadəcə mənə bərabər biri olmalıdır.O, mənim anlaşa biləcəyim, ortaq zövqümüz olan və özünü dolandıra bilən biri olmalıdır" .

"Sənə həyat eşqini yaşada biləcək bir kişi gəlsə və sənə ürəyindən başqa verəcək heç nəyi yoxdursa, necə?" sualına isə o belə cavab verib:

"O da ürəyini verməsin...Sevgi dediyin şey 2-3 ilə bitir. Ümid edirəm ki, belə birini sevməyəcəm".

Sevgi yoxsa pul? sualını cavablandıran Tuncer: "İlk 2 il sevgi sonrası isə puldur. Pulumuz olmasa nə edəcəyik? Evə su, kirayə pulu gəlir, bunları tək ödəmək istəmirəm" deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun