“Təəssüflər olsun ki, hələ də qadınlarımız fiziki və mənəvi şiddətə məruz qalır”

“Təəssüflər olsun ki, hələ də qadınlarımız fiziki və mənəvi şiddətə məruz qalır”

“Bu gün Azərbaycanda öz ayaqları üzərində duran, güclü qadınlar var. Ancaq təəssüflər olsun ki, hələ də fiziki və mənəvi zorakılığa məruz qalan qadınlarımız da var”. 

OLAY News24.az – a istinadən yazır ki, bunu  “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva deyib.

İş xanımı çıxışında qadınların cəmiyyətdə üzləşdiyi fiziki-mənəvi şiddətdən söz açıb: “Hamınız bilirsiniz ki, hər il Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalırlar. Zərif cinsin çox sayda nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər”. 

Ruhi Əliyeva qeyd edib ki, bu gün keçirilən tədbirin Heydər Əliyevin 100 illiyinə təsadüf etməsi sevindirici haldır:

“Qadına ən böyük dəyəri Ümumilli liderimiz verib. Heydər Əliyev deyirdi ki, qadının vəzifəsi və məsuliyyəti ağırdır. Ancaq Azərbaycan qadını bu vəzifəni, öhdəsinə düşən məsuliyyəti layiqincə yerinə yetirir. Təəssüflər olsun ki, hələ də qadınlarımız fiziki və mənəvi şiddətə məruz qalır. Tədbirimizin də əsas məqsədi cəmiyyətə bu barədə maarifləndirici mesajlar ötürməkdir. Nə edək ki, qadın zorakılığa məruz qalmasın? Öncəliklə qadınlarımızın təhsili olmalıdır, öz hüquqlarını müdafiə etməyi bacarmalıdır”.