Mətanət Əliverdiyeva: "Biznesmenliyi də, insanlığı da nümunədir"

Mətanət Əliverdiyeva: "Biznesmenliyi də, insanlığı da nümunədir"
Mətanət Əliverdiyeva: "Biznesmenliyi də, insanlığı da nümunədir"

Aparıcı Mətanət Əliverdiyeva canlı efirdə müğənni Elçin Hüseynov haqqında səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aparıcısı olduğu verilişdə sənətçidən danışan Mətanət Əliverdiyeva onun şəxsi keyfiyyətlərini yüksək qiymətləndirib. O, Elçin Hüseynovu həm insanlığı, həm də peşəkar fəaliyyəti ilə fərqlənən simalardan biri kimi xarakterizə edib.

"Əsl kişi, şəxsiyyətli insan, sənətçi və uğurlu biznesmendir. Adətən bu qədər müsbət xüsusiyyət bir insanda cəmləşmir", - deyə aparıcı bildirib.

Mətanət Əliverdiyeva vurğulayıb ki, Elçin Hüseynov həm sənət sahəsində, həm də biznes fəaliyyətində əldə etdiyi uğurlarla seçilir.

Aparıcının səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə də maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az