Əməkdar artist Şölə Səfərəliyeva şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi "Sevilən səhər" verilişinin canlı efirində onun gizli şəkildə ailə qurması barədə səsləndirilən iddialara cavab verib və bu məlumatları təkzib edib.
Xatırladaq ki, bir müddət əvvəl Şölə Səfərəliyevanın ailə həyatı qurduğu, hətta qız övladının olduğu barədə xəbərlər yayılmışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















