“Pop mahnıları oxumaqdan zövq almıram”

“Pop mahnıları oxumaqdan zövq almıram”

“Pop mahnıları oxumaqdan artıq zövq almıram”.

OLAY yazır ki, bu sözləri “Gündən günə” verilişində müğənni Çingiz Mustafayev deyib.  O bildirib ki, bu açıqlamasına görə, dinləyici itirməkdən qorxmur:

“Pop konsertlərimə baxıram, deyirəm, heç ürəyimcə deyil. Zərrə qədər itirməkdən qorxmuram. Qorxsaydım, hər şeyi atıb, 6 ay Balidə yaşamazdım, mən orada ayaqyalın gəzməyi, özümlə tək qalmağı, təbiətlə olmağı, özümə, ruhuma, biliyimə yatırım etməyi seçdim. Peşman deyiləm. İtirsəm belə, peşman olmayacağam. Qəribəlik nisbi anlayışdır. Siz Hindistanda mən gedən şəhərə getsəniz, orada məndən qəribə insanlar var”.