Aparıcı Vüsalə Əlizadə doğum gününü aparıcısı olduğu televiziya proqramında qeyd edib.
Milli.Az xəbər verir ki, veriliş zamanı onun üçün hazırlanan ən təsirli sürprizi qızı Dilək edib. Əlində gül dəstəsi ilə studiyaya gələn Dilək anasını təbrik edərək duyğusal anlar yaşadıb.
Bu sürpriz qarşısında hisslərini gizlədə bilməyən Vüsalə Əlizadə həyat yolundan danışaraq səmimi etiraflar edib. Aparıcı bildirib ki, yaşadığı çətinliklər onu dəfələrlə sınağa çəksə də, heç vaxt mübarizədən vaz keçməyib.
"Həyat məni çox yıxdı. Bir həyat, bir də mən var idim. Ayağımın qanını, acısını silib yoluma davam etdim. Həyat mənə qaçmağı yox, möhkəm dayanmağı və mübarizə aparmağı öyrətdi. Bəzən hər şeyi atıb getmək istəyirsən. Amma səhər oyananda özünə deyirsən ki, davam edəcəyəm", - deyə aparıcı vurğulayıb.
Vüsalə Əlizadənin doğum günündə yaşadığı emosional anlar və səmimi çıxışı sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər aparıcıya xoş arzularını çatdıraraq ona yeni yaşında uğurlar arzulayıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















