Xəbər verdiyimiz kimi, aparıcı və aktyor Elcan Rəsulov qəfil səhhəti pisləşdiyi üçün özəl xəstəxanaya yerləşdirilib.
- Elcanın vəziyyəti ilə bağlı açıqlama
Milli.Az bizim.media-ya istinadən bildirir ki, Elcan süni tənəffüs aparatı altında çəkdirdiyi videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəsulov sözügedən paylaşımına "həkim dedi ki, daha heç vaxt siqaret çəkmək olmaz. Mən də keçdim buna... Bol tüstü..." şərhini yazıb.
Qeyd edək ki, redaksiyamızın əməkdaşının əldə etdiyi məlumata görə, Elcan Rəsulovun bronxlarında soyuqdəymə olduğudan səhhəti qəfil ağırlaşıb və o, zəruriyyətdən xəstəxanaya yerləşdirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun