"Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanla bağlı növbəti əməliyyat keçirilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, istintaq çərçivəsində Tançalana məxsus pulların İstanbulun Sarıyer rayonunun Maslak məhəlləsində yerləşən avtomobillərdə gizlədildiyi müəyyən edilib.
Avtomobillərdən aşkarlanan valyutanın ümumi miqdarı belə olub:
20 min ədəd 500 avroluq əskinas - 10 milyon avro
29 min 300 ədəd 200 avroluq əskinas - 5 milyon 860 min avro
3 min 200 ədəd 100 avroluq əskinas - 320 min avro
5 min 200 ədəd 50 avroluq əskinas - 260 min avro
7 min ədəd 100 dollarlıq əskinas - 700 min ABŞ dolları
Avtomobillərdən ümumilikdə 16 milyon 440 min avro (31 milyon manatdan çox) və 700 min ABŞ dolları (1 milyon manatdan çox) aşkarlanıb. Hər iki 2 avtomobilə həbs qoyulub.
İstintaq çərçivəsində bir şübhəli saxlanılıb və onun barəsində hüquqi prosedurlara başlanılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)


















