Dünya şöhrətli müğənni Dua Lipa ailə məclisində rəqsi ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki,sənətçi xalası oğlunun toy mərasiminə qatılıb. Toyda əylənən Dua Lipa musiqinin sədaları altında rəqs edib. Onun rəqs etdiyi anlar tədbirdə lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Müğənninin səmimi görüntüləri qısa zamanda izləyicilərin marağına səbəb olub. Paylaşımın şərh bölməsində çoxsaylı bəyənmə və təbrik mesajları yer alıb. İstifadəçilər Dua Lipanın toyda ailəsi ilə birlikdə əylənməsini maraqla qarşılayıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















