"Aşkı memnu" serialı ilə şöhrətin zirvəsinə qalxan sevilən aktrisa Beren Saat müğənni əri Kenan Doğulu ilə tətilə çıxıb.
Milli.Az haberler-ə istinadla bildirir ki, dincəlmək üçün Bodrumu seçən cütlük paparassiyaların hədəfi olub.
İkilinin özəl anlarını şərh edən müxbir efirdə "Mən bu Bereni yeyərəm" ifadəsini işlədib. Bu şərh sosial şəbəkələrdə müzakirə doğurub, kanal açıqlama vermək məcburiyyətində qalıb.
Ekol Tv məsələ ilə bağlı araşdırma aparıldığını, həmin müxbirin cəzalandırılacağını açıqlayıb.
Milli.Az sözügedən görüntüləri təqdim edir:
İsmayıl
Milli.Az