Rəqsanə Səidə Bəkirqızından üzr istədi

Rəqsanə Səidə Bəkirqızından üzr istədi

Müğənni Rəqsanə İsmayılova jurnalist Səidə Bəkirqızından üzr istəyib.

Milli.Az xəbər verir ki, üzr videosu sosial şəbəkələrdə paylaşılıb. "Səidə xanım mənim sənətim haqqında fikir bildirsəydi, mən susacaqdım amma o, mənim həyat yoldaşım haqqında alçaldıcı fikirlər səsləndirdi. Mən də əsəbimdən bəzi ifadələr işlətdim. Vəziyyətin bu yerə gəlib çıxacağını bilməzdim. O, da mən də qadınıq, istərdim ki, biz bir-birimizə qarşı yox, əksinə birlikdə görüşüb söhbət edək, vəziyyəti aydınlaşdırmağa çalışaq. Səidə xanımın atasının da öldüyünü bilmirdim. Allahdan onun atasına qəni-qəni rəhmət diləyirəm. Anasının gözlərindən öpürəm. Üzrxahlıq edirəm." deyə Rəqsanə bildirib.

Lalə Qüdrətova
Milli.Az