Afaq Yusiflinin təhsilhaqqı tam şəkildə ödənildi

Afaq Yusiflinin təhsilhaqqı tam şəkildə ödənildi
Afaq Yusiflinin təhsilhaqqı tam şəkildə ödənildi

Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusiflinin təhsil haqqı tam şəkildə ödənilib. 

OLAY yazır ki, bu barədə Kino Agentliyi məlumat yayıb.

Bildirilib ki, Afaq Yusiflinin təhsil haqqının ödənilməsi tam şəkildə başa çatmış, vəsaitin qalan hissəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyindəki Kino Agentliyi tərəfindən Melburn Universitetinin hesabına köçürülüb.

Qeyd edək ki, Afaq Yusiflinin təhsilhaqqı qismən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilirdi. Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdi. Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsilhaqqının ödənilməsində problem yaranmışdı. Təhsil haqqının ödənilməsilə bağlı yaranmış problem bir müddət əvvəl Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nəzarətinə götürülmüşdü.

Mənbə: olay.az