Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi

Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi

Türkiyəli aktrisa Tuba Büyüküstün fotosunda qoltuğunun altında tüklərin görünməsi ilə bağlı ünvanına yazılan tənqidlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, aktrisa jurnalist Birsen Altuntaşa açıqlamasında bu cür reaksiyalardan məyus olduğunu deyib:

"Bütün qadınların bədənində tüklər var. Nə edək? Lazerlə tük təmizləmənin nə vaxt yarandığını bilmirəm. Elə bir dövr olub ki, qadınlar bədən tükləri ilə yaşayıblar. Məni məyus edən çəkdiyimiz əməyin kölgədə qalaraq bu tip məsələlərin müzakirə olunmasıdır".

Qeyd edək ki, söhbət Tuba Büyüküstünün rol aldığı "Sultana" serialının afişindəki görüntüdən gedir. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az