AzTV-dən sonra Space TV-də

AzTV-dən sonra Space TV-də
AzTV-dən sonra Space TV-də

Uzun illər Azərbaycan Dövlət Televiziyasında səhər verilişinin aparıcısı kimi tamaşaçıların qarşısına çıxan tanınmış aparıcı Rəvan Rəd yenidən televiziya ekranlarına qayıdır.

OLAY yazır ki, Rəvan Rəd bundan sonra Space TV kanalında həftəsonu səhər verilişinin aparıcısı olacaq. Yeni layihə şənbə və bazar günləri, saat 08:00-dan 10:00-dək efirə gedəcək.

Radio dinləyicilərinin “Rəvan Əmi” kimi tanıdığı aparıcı televiziya fəaliyyətinə də yenidən start verir. İllər ərzində televiziya və radio sahəsində fəaliyyət göstərən Rəvan Rəd yeni səhər layihəsində aktual mövzular, maraqlı qonaqlar, gündəmin əsas xəbərləri və həftəsonuna xüsusi rəng qatacaq mövzularla tamaşaçıların qarşısına çıxacaq.

AzTV-dən sonra Space TV-də
Mənbə: olay.az