Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)

Tanınmış türkiyəli aktyor Çağlar Ertuğrul bu dəfə rol aldığı layihələrlə deyil, gündəlik həyatında istifadə etdiyi lüks saatla gündəmə gəlib. 

Milli.Az xəbər verir ki, son olaraq "Çirkin" serialında Kadir Tunalı obrazı ilə tamaşaçı qarşısına çıxan Çağlar Ertuğrulun geyimindən çox biləyindəki saat diqqət çəkib. 

Ertuğrulun istifadə etdiyi saatın dünya şöhrətli lüks saat brendi olan "Audemars Piguet"ə məxsus olduğu bildirilib. Fotoşəkildəki modelin markanın "Royal Oak Chronograph" seriyasının xarakterik dizayn xüsusiyyətlərini daşıdığı qeyd edilib. Saatda səkkizbucaqlı çərçivə, polad korpus, metal qolbaq və xronoqraf göstəriciləri mövcuddur.

Saatın təxminən 2 milyon 200 min TL (təxminən 45 min dollar) dəyərində olduğu iddia olunub. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
Mənbə: news.milli.az