Dilarə Kazımova Sevda Ələkbərzadənin məşhur mahnısını oxudu

Dilarə Kazımova Sevda Ələkbərzadənin məşhur mahnısını oxudu
Dilarə Kazımova Sevda Ələkbərzadənin məşhur mahnısını oxudu

Avroviziya təmsilçimiz, tanınmış müğənni Dilarə Kazımova yeni ifasını təqdim edib.

OLAY yazır ki, sənətçi sözləri və musiqisi Sheyh Ree (Şəhriyar Ramazanzadə) tərəfindən yazılan məşhur “Hisslərim dumanda” mahnısını səsləndirib. Bəstənin yeni aranjimanı Anar Keytarmana məxsusdur.

Qeyd edək ki, “Hisslərim dumanda” mahnısını ilk dəfə Əməkdar artist Sevda Ələkbərzadə ifa edib. Dilarə Kazımovanın yeni ifası sənətçinin rəsmi “YouTube” kanalında və bütün rəqəmsal platformalarda yayımlanıb.

Mənbə: olay.az