Türkiyəli məşhur aktrisa Şebnem Bozoklu bir il ərzində 20 kiloqram arıqladığını açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.
"Son bir ildir ki, özümə daha çox diqqət yetirirəm", - deyə Şebnem Bozoklu bildirib:
"Buna həkimlərimin köməyi ilə GLP-1 hormonu, intensiv kardio və çəki məşqləri, həmçinin düzgün qidalanma sayəsində nail oldum".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə:
news.milli.az
















