Müğənni İlhamə Qasımova atasının vəfatından sonra yaşadığı ağır günlərdən danışıb.
Milli.Az xəbər verir ki, sənətçi "Qonaqcanlı" proqramında atasının ölümündən sonra uzun müddət ürəkdən gülə bilmədiyini, hətta güldüyü zaman özünü günahkar hiss etdiyini bildirib:
"İndi ürəkdən gülürəm. Atam dünyasını dəyişəndə gülmürdüm. Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm? Atam həyatda yoxdur, özümü arsız biri kimi aparırdım. Özümə mənfi rəy bildirir, depressiyaya qapılırdım.
İnsanlar deyir ki, işindir, etməlisən. Başa düşürəm, amma daxildən gəlməlidir. İşində olmalısan, insanlar enerjini başa düşür. Atam istəyərdi ki, hər zaman işimi görüm.
Onunla çox yaxın olmuşam. Hansısa uğur qazanırdımsa, birinci atamla bölüşürdüm. O, mənə "əhsən" deyirdi. Uzun müddət fikirləşdim ki, nəyimə lazımdır çalışım? Mənə "əhsən" deyən yoxdur". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















