Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)

Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)

Əməkdar artist, xanəndə Babək Niftəliyevin kiçik oğlu Ömərin ifası sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, Ömərin dərs zamanı "Bayatı-Şiraz" muğamını səsləndirdiyi görüntülər yayılıb. Onun zil və məlahətli səsi izləyicilərin diqqətini çəkib. Gənc ifaçının ifasını dinləyənlər onun musiqi sahəsində uğurlu gələcəyinin ola biləcəyini qeyd ediblər.

Qeyd edək ki, Ömərin sənət üzrə müəllimi atası Babək Niftəliyevdir. O, atasının sənət yolunu davam etdirir.

Babək Niftəliyevin digər iki oğlu da musiqiyə olan istedadları ilə seçilir və gözəl səsləri var.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az