Di Kaprio və Lourens qorxu filmində bir araya gəldi

Di Kaprio və Lourens qorxu filmində bir araya gəldi
Di Kaprio və Lourens qorxu filmində bir araya gəldi

Rejissor Martin Skorseze “Gecə nə baş verir” (“What Happens at Night”) adlı qotik psixoloji qorxu janrında ilk irimiqyaslı layihəsini təqdim etməyə hazırlaşır.

OLAY yazır ki, filmin istehsalı ilə “Apple Original Films” və “StudioCanal” şirkətləri məşğul olur.

Filmdə övladı olmayan amerikalı cütlüyün baş rollarını “Oskar” mükafatı laureatları Leonardo Di Kaprio və Cennifer Lourens canlandıracaqlar.

Bu yaxınlarda filmin aktyor heyətinə gözlənilməz bir adın da qoşulduğu məlum olub. Britaniyalı müğənni Çarli XCX layihədə kameo rolunda çəkiləcək.

Di Kaprio və Lourens qorxu filmində bir araya gəldi
Mənbə: olay.az