Türkiyəli aktrisa Selin Türkmen yeni layihəsində canlandırdığı obrazla diqqət çəkib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Kızılcık Şerbeti" serialında Çimen obrazı ilə tanınan aktrisa bu dəfə "Exxen" platformasında yayımlanacaq "Karma" serialında rol alıb. O, ekran işində Cansu adlı dirək rəqqasəsini canlandıracaq.
Yeni roluna hazırlaşan Selin Türkmen xüsusi rəqs dərsləri də alıb.
Aktrisanın əvvəlki obrazından tamamilə fərqli xarakterlə tamaşaçı qarşısına çıxması sosial şəbəkələrdə maraq doğurub. İzləyicilər üçün Çimendən sonra Cansu obrazına alışmaq asan olmayacaq kimi görünür.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















