Türkiyə kinosunun və "Yeşilçam"ın tanınmış aktyoru Göksəl Arsoy 90 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Arsoy 1999-cu ildə Antalya Film Festivalında Ömürlük Nailiyyət Mükafatına, 2019-cu ildə isə İstanbul Film Festivalında Kino Fəxri Mükafatına layiq görülüb.
Qeyd edək ki, mərhum sənətçi "Qara günlərim", "Samanyolu" və "Daş uşaq" kimi məşhur türk filmlərində yer alıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Mənbə:
news.milli.az

















