Müğənnilər Vəfa Şərifova və Nəfəs Məmmədlinin makiyajsız görüntülərini paylaşması müzakirələrə səbəb olub.
Milli.Az-ın məlumatına görə, sənətçilər həmkarları Aysun İsmayılovanın makiyajsız və filtrsiz videosundan sonra öz görüntülərini yayımlayıblar. Təyyarədə çəkilən videoda hər iki müğənni makiyajsız olduqlarını nümayiş etdirməyə çalışıb.
Lakin paylaşımlar izləyicilərin gözlənilən reaksiyasını doğurmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri videolarda effektlərdən istifadə edildiyini iddia edərək sənətçiləri tənqid ediblər.
Görüntülər ətrafında fikir ayrılığı yaranıb. İzləyicilərin əksəriyyəti videonun effektsiz qeydə alınmadığını bildiriblər, müğənnilərin paylaşımı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















