Con Qudman 90 kq arıqladı - (Foto)

Con Qudman 90 kq arıqladı - (Foto)
Con Qudman 90 kq arıqladı - (Foto)

Hollivud aktyoru Con Qudman təxminən 90 kiloqram arıqlayaraq görünüşünü kökündən dəyişib. Həyat tərzində ciddi dəyişikliklər edən 74 yaşlı aktyor spirtli içkilərdən imtina edib, qidalanmasını dəyişib və müntəzəm idmana başlayıb.

Milli.Az xəbər verir ki, Qudman müsahibəsində bildirib ki, 2007-ci ildə spirtli içkiləri tərgitdikdən sonra nəzarətsiz yeməyə başlayıb. Çəkisi təxminən 180 kiloqrama çatdıqda isə sağlamlığını qorumaq üçün həyatında köklü dəyişikliklər etmək qərarına gəlib.

Aktyor şəkər qəbulunu dayandırıb, qidalanmasına diqqət yetirib və həftənin altı günü idmanla məşğul olub. O, həmçinin arıqlama prosesində mədə əməliyyatı keçirib.

Təxminən 90 kiloqram arıqlayan Qudman sonradan anemiya ilə üzləşdiyini və bədənindəki yağ miqdarı azaldığı üçün daha çox üşüdüyünü bildirib.

Aktyorun dəyişmiş görünüşü "Digger" filminin Los-Ancelesdə keçirilən qala gecəsində də diqqət çəkib. O, tədbirə həyat yoldaşı Anna Betlə qatılıb.

Qudmanın hekayəsi həyat tərzindəki dəyişikliklərin miqyasını göstərməklə yanaşı, uzunmüddətli çəki mübarizəsinin çətinliklərini də gündəmə gətirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Con Qudman 90 kq arıqladı - (Foto)
Con Qudman 90 kq arıqladı - (Foto)
Mənbə: news.milli.az