Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb.

Milli.Az xəbər verir ki, o, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:

"Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anası da, mən də çalışırıq ki, bizə sevgisi olsun. Bir də oğlum zəng edir ki, ana deyir səndən icazə alım. Cavab verirəm ki, düz deyir, olmaz. Mən burada olmayanda anası ilə dərsə gedir. Hər gün zəng vurub danışırıq".

Şəhriyar şəxsi həyatı ilə bağlı da fikirlərini bölüşüb:

"Hər kəs tayını tapmalıdır. Tay tapılmayana qədər də macəralarım çox olacaq. Həyatımı rəngli yaşamağı və anın dadını çıxarmağı seçirəm. Həyatın bütün zövqünü almağı sevirəm".

Şəhriyar "Oksana xanımla dost oldunuz, sonra sevgiyə çevrildi" sözlərinə "İnsan biri ilə həyatını bağlayırsa, sevgili, dost olur. Elə yaşdayam ki, anlayıram. İçimdə tənha qalmaq istəyirəm. Bir şeyi çox istəyəndə gəlir, deməli, istəmirəm ki, gəlmir. Azad dönəmindəyəm. Bunu kiminsə əlimdən almasını istəmirəm. Hər şey gözəldir" reaksiyasını verib. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Mənbə: news.milli.az