Şair və qiraətçi Nazilə Səfərli atası Bəhlül bəyin səhhətində danışıb.
Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında yayımladığı videaçıqlamada məlumat verib.
Səfərli bildirib ki, bir müddət əvvəl Milli Onkologiya Mərkəzində müalicə alan valideynin sağlamlığında müsbət irəliləyişlər var:
"Dostlar Tbilisidəyəm. Atamı doğulduğu torpağa - Gürcüstana gətirmişəm. Burada onu Maqnit Rezonans Tomoqrafiyadan (MRT) keçirtdim. Atam 3 aydır ki, burada dağlarda yaşayır. MRT-nin çox yaxşı cavabları çıxdı. Onun törəməsi yoxdur. MRT-nin cavablarını Milli Onkologiya Mərkəzində çalışan həkimə göndərdim. O da söylədi ki, cavablar çox yaxşıdır və 3 aydan sonra təkrar yoxlamadan keçməlidir. Mən atamı və anamı, doğmalarımı qorumalıyam. Ailəmlə birgə olmaqdan həzz alıram".
Qeyd edək ki, bir neçə ay əvvəl N.Səfərlinin atasının başında şiş aşkarlandığı üçün 3 ay müalicə olunmuşdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun